Azərbaycandan gedən ermənilər həbs ediliblər-VİDEObackend

Azərbaycandan gedən ermənilər həbs ediliblər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ermənistan Məhkəmə departamentinin mətbuat xidməti açıqlama verib.

Verilən məlumata görə, məhkəmənin hökmü ilə ailə başçısı Yegişe Qevorkyan 5, onun həyat yoldaşı Ruzanna isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi 1 il sınaq müddətinə şərti azadlığa buraxılıb.
Yeqişe Qevorkyan və onun ailəsi Ermənistandan qaçaraq Azərbaycan tərəfinə keçdiyi üçün onlar haqqında cinayət işi açılmışdı. Qevorkyan ailəsi Ermənistana təhvil veriləndə isə barələrindəki həbs qətimkan tədbiri Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.


Erməni ailəsi geri təhvil verləndən sonra açıqlama verir

Ailənin başçısı Y.Qevorkyan Azərbaycan ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün “Yeraz” markalı maşınla Ermənistanın Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazisini Ermənistan hərbçilərinin intensiv atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçmişdi. Y.Qevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana keçdikləri gün – 2010-cu il yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışdılar.
Prosedura uyğun olaraq onların müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə göndərilmiş və bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanmışdır. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmamış və nəhayət onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar vermişdilər.

Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Bu qurum və BMT QAK tərəfindən saxlanma yerində onlara müntəzəm baş çəkilib. Hər iki təşkilat bu ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu həmişə təsdiq edib, onların saxlanma şəraiti ilə bağlı irad bildirməyiblər. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb.

Azərbaycanda olarkən ailə saxlanılma şəratindən razılıq etmişdi. Ailə üzvləri Ermənistana qayıtmaq istəmədiklərini və öz ölkəsindən fərqli olaraq Azərbaycanda qarın dolusu yemək yediklərini söyləmişdilər.

“Artıq bezmişdik, amma burada hər çür şərait var. Burada uşaqlara hər şey verirlər. Uşaqlara velosiped belə alıblar. Qızıma isə kukla hədiyyə ediblər. Biz burada darıxmırıq, əziyyət də çəkmirik. Vaxtlı-vaxtında yeyirik, gəzirik, uşqlarımızı çimizdiririk”, – deyə Qevorkyan bildirmişdi.

Lakin Ermənistana qaytarılan Qevorkyan ailəsi erməni xislətini bir daha nümayiş etdirmişdi. Qarşı tərəfə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə təhfil verilmiş ailə üzvləri Ermənistan mətbuatına yalan açıqlamalar vermişdi.