İnsident axşam saatlarında Xəzər dənizi sahilində qeydə alınıb.
Lənkəran şəhər sakini, 15 yaşlı Yunus Elşad Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Boyun nahiyəsinin kəsilmiş-deşilmış yarası alan zərərçəkən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkmişə xəsarət yetirmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.(APA.az)
İnterpress.az