Təhsilmizi ARXALILAR məhv edir-AÇIQLAMAbackend

Təhsilmizi ARXALILAR məhv edir-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illərdə ali məktəblərə qəbul imtahalarında keçid balından aşağı nəticə göstərənlərin sayı artmaqda dava edir.

Rəqəmlərə nəzər salsaq 2016-2017 tədris ilində qəbul imtahanlarında I ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.

I ixtisas qrupu üzrə isə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 19991 nəfər isə 0-200 bal toplayıb.

Əldə etdiyimiz bu rəqəmlər yalnız I və IV ixtisasların statistikası idi. Sözsüzki, digər ixtissas qruplarında aşağı nəticə göstərən və ya keçid balını toplaya bilən abuturiyentlərin sayı kifayət qədərdir.

Təhsil sistemimizdə ki,mövcud problemə- abuturiyentlərin aşağı nəticə göstərən və ya keçid balını toplamasına münasibət bildirən təhsil üzrə ekspert Əjdər Ağayev məsələnin həlli yolundan danışdı:

“Əksər məktəblərdə idarəetmə zəifdir. Bəzi məktəblər isə direktorların şəxsi maraqlarına xidmət edir. Belə direktorlar vəzifəli qohumlarına arxalanırlar. Görünür ki,Təhsil Nazirliyi də bunlara təsir edə bilmir.

Birinci növbədə məktəb direktorlarının antipedoqoji fəaliyyəti düzəlməlidir.

Əksər müəllimlər işə etinazsız yanaşır. Kim ki, repetitor yanına gedə bilir, yaxşı nəticə əldə edir. Gedə bilməyənlərində nəticəsi göz qabağındadır\”.

Qeyd edək ki, bu il yüksək bal yığan abuturiyentlərin əksəriyyəti giminaziya və liseylərin məzunlarıdır. Bu məqama toxunan təhsil eksperti deyir ki, orta məktəblər xalq reptitordan daha yaxşı xidmət göstərməlidir:

\”Deməli , məktəb repetitordan yüksək səviyyədə xidməgöstərməlidir. Daha sonra təklifim budur ki, ümumtəhsil məktəblərində İctimai Nəzarət Şurası yaradılmalıdır. Məhz bu qrum mənim dediyim öz maraqlarına xidmət edən məkətb direktornun, müəllimin fəaliyyətini birbaşa valideyndən, şagirddən öyrənib qərar çıxartmaq hüquqina malikdir. Cənab prezindetin fərmanı ilə İctimai Nəzarət Şurası yaradılıb. Amma bu fərmanın icrası bir necə ali təhsil müəssisələri üçün keçərli olub. Digər ali təhsil müəssisəsində və ümumtəhsil mərkəzlərində yaradılmayıb”.

Bundan başqa, Əjdər Ağayev bildirir ki, 2016-ci ildən 4 məktəb dirketoru haqda cinayət işi açılıb:

\”Bir neçəsi haqda cəza tədbirləri görülüb. Növbəti təklifimsə bu prosesin sürətlə getməsidir.Monitorinqlər Bakı şəhəri ilə yanaşı, regionları da əhatə etməlidir. Amma proses zəif gedir. Bu toxundugum məqamlar həll olunsa şagirdlərimiz yükəsk nəticə göstərə biləcək. Əsas məqsəd ümumtəhsil məktəblərində mövcud problemlər həll olunmalıdır. İngilsi dilini, kompyuteri bilən müəllim axtarılır. Düşünürəm ki, Azərbaycanın ümumtəhsil məktəbinə, vicdanlı, işini ləyaqətlə görən müəllim lazımdır”.

Gülşanə Mustfafayeva

İnterpress.az