Yaponiya adalarda raketlər yerləşdirir – Müharibə anonsubackend

Yaponiya adalarda raketlər yerləşdirir – Müharibə anonsu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzərTac xəbər verir ki, “Yomiuri” qəzetinin bazar günü nömrəsinin bu barədə verdiyi məlumatda bildirilir ki, həmin raketlərin əhatə dairəsi 300 kilometrdir və mübahisəli Senkaku adalarını qorumağı nəzərdə tutur. Bununla yanaşı, arxipelaqda bir neçə güclü radarın quraşdırılacağı da bildirilir. Məlumatda uzaq adaların müdafiəsinin gücləndirilməsi ilə bağlı vəsaitin 2017-ci ilin büdcəsinə daxil ediləcəyi və qurğuların quraşdırılmasının 2023-cü ildə başa çatdırılacağı qeyd edilir. Yaponiya hökumətinin planına əsasən, yaxın iki ildə Sakişima adalarında tərkibinə özünümüdafiə qüvvələrinin iki min əsgəri daxil olacaq daimi qarnizon da yaradılacaq.

Xatırldaq ki, cari ilin aprelində Yaponiyada uzaq adaların müdafiəsi ilə bağlı qanun qüvvəyə minib. Həmin qanun əsasən, Şəqi Çin dənizində yerləşən Okinava prefekturasının müdafiə qabiliyyətinin gücləndiriləməsini nəzərdə tutur.

Ötən həftə Yaponiya hökuməti Çinə bu ölkəyə məxsus gəmilərin Senkaku adaları yaxınlığındakı akvotoriyaya kütləvi girməsi ilə bağlı bir neçə nota göndərib. Belə ki, avqustun 6-da həmin sularda tərkibində 230 balıqçı qayığı və altı gözətçi gəmi olan böyük bir qrup qeydə alınıb. Yaponiya tərəfinin etirazlarına cavab verən Pekin Tokionu vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

İnterpress.az