İnterpress.az \”Ria Novosti-yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski söyləyib.
Onun sözlərinə görə, Donbasa zenit-raket komplekslərinin idarə edilməsi üçün göndəriləcək diviziya Rostovda təlim görüb. O, həmin şəxslərin sənədlərinin yox edildiyini bildirib.
Skibitski Donbasda yerləşdiriləcək zenit-raket diviziyasının tərkibində 168 hərbçi, 21 zenit-raket kompleksi və 30 avtomobilin olduğunu söyləyib.
İnterpress.az