Mirvari Qəhrəmanlıdan sərt açıqlamabackend

Mirvari Qəhrəmanlıdan sərt açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda yanğın baş vermişdi. Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, həmin quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilmişdır. Yanğını bu gün səhərə yaxın söndürmək mümkün olmuşdur. Çox sevindirci haldır ki, insan itkisi baş verməyib.

Artıq son 2-3 ildə neft yataqlarında 3-cü yanğın hadisəsdir ki, baş verir. Ən sonuncu “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş verən geniş masştablı yanğında 10 insan dünyasını dəyişmiş, 63 nəfər isə zərər çəkmişdi. Ondan daha əvvəlki illərdəBulla-dəniz yatağındakı 90 nömrəli quyudakıyanğını söndürmək bir neçə ay çəkmişdi.

Neft quyularında yanğınların artımasının səbəbləri nədir? Texniki avadanlıqların köhnə olması, ya peşəkar kadr çatışmazlığıdır?

Məsələyə aydınlıq gətirmək üçün gununsesi.info Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlıdan münasibət öyrənib.

M.Qəhrəmanli bildirdi ki, son yanğın olan quyu əsaslı təmirə dayanmışdı və mütəxəssislər işləyirdi: “Təmir zamanı baş verən səhv nəticəsində və ya başqa səbəbdən açıq qaz fontanı olub. Ilkin olaraq quyuda qazın təzyiqini aşağı salmağa çalışıblar, amma bacarmayıblar”.

Neft yataqlarında tez-tez yanğınların səbəblərinə gəlincə, təşkilat sədri bunları söylədi: “Birincisi, məsuliyyətsizliyin olmasıdır.İkincisi, artıq cəzasızlıq mühitinin formalaşmasıdır. Üçüncüsü, işçilərin peşəkarlığında problemlərin yaşanması, mütəxəssislərin isə zamanında bu sektordan uzaqlaşdırılmasıdır.

Bütün gühakların əsas baiskarı Rövnəq Abdullayevdir ki, “Azneft” İB baş direktoru Daşqın İsgəndərovu işdə saxlayır. Bütün NQÇİ-lər “Azneft” İB-ya daxildir. Artıq iki ildir ki, bir-birinin ardınca “28 May” adına NQÇİ-də bədbəxt hadisələr baş verir. Bu, nə platformanın, nə quyunun, nə də avadanlıqların köhnəliyindən irəli gəlir. Burada sırf kadr problemləri başlıca rol oynayır”.

M.Qəhrəmanlının sözlərinə görə, “Günəşli” yatağının budan əvvəliki platformasında baş verən yanğının günahkarı səhlənkarlılıq olmuşdu: “Telefonoqramma ilə bir gün əvvəl qaz sızması barədə məlumat verilsə də, nəzarətə götürülməmişdi. Halbuki güclü küləyin olacağını bildikləri halda adamları da çıxarmamışdılar. Nəticədə böyük itki baş verdi.Bu dəfəki hadisəni isə küləyin üzərinə qoya bilməzlər, quyu da qaz fontanı baş verib.

Təəssüf ki, neft sektorunda baş verən bədbəxt hadisələrə görə heç kim cəzalanmır, məsuliyyətə cəlb edilmir”.

Ekspert dedi ki, “Azneft” İB-nın Neft və Qazçıxarma İdarələrində güclü mütəxəssislərə ehtiyac var: “Keçmiş neftçilər kimi güclü mütəxəssislər cəlb edilməlidir, qohum-əqrabanın işə qəbulu dayandırılmalıdır. Baş verən bədbəxt hadisələrin artmasının əsas səbəbi kadr səhvləridir”.

M.Qəhrəmanlı misal olaraq “Bp-Azərbaycan” kadr məsələlərinə yanaşmasını göstərdi: “Britaniya şirkəti həm kadr məsələrinə ciddi yanaşırlar, həm də iş prosesinə nəzarət kifayət qədər güclüdür. “Bp” hər bir kadrınıçox ciddi şəkildə yetişdirir. Onlar bir çox treyniqlərdə iştirak edərək sertifikat alırlar.

Dövlət Neft Şirkətinin Təlim, tədris və sertifikatlaşma İdarəsinin səviyyəsi ilə “Bp”-nin təlim mərkəzi bərabər deyil. ARDNŞöz Təlim, tədris və sertifikatlaşma İdarəsinin fəaliyyətinə yenidən baxmalı, islahatlar aparmalıdır. Oranın rəhbərliklərinə, müəllim tərkibinə yenidən baxılmalıdır. Dövlət Neft Şirkətinin verdiyi sertifikatları başqa şirkətlər qəbul etmir. Amma “bp”nin sertifikatları böyük gücə malikdir və həmin kadrı böyük məmuniyyətlə işə götürürlər. “Bp” yetişdirdiyi kadrı ixtisar edərkən ona kadrlar bazasında saxlayır. Yenidən başqa layihədə işçi tələb olunarkən, həmin bazaya mürəciət edir. Amma Dövlət Neft Şirkəti işçini ixtisar edərkən 5 aylıq müavinətini verməklə birdəfəlik çıxarır. Mütəxəssisə ehtiyacı olanda isə yeni işçilər qəbul edir. Onların yetişib peşəkarlaşması isə zaman alır. Həmin şəxslər Təlim İdarəsində treyninqlərdən keçsə də, orada əldə etdiyi bilik yetərli olmur”. ( politika.az )

İnterpress.az