Toyuq ətinin qiyməti qonşu ölkələrə nisbətdə 50-60 faiz bahadırbackend

Toyuq ətinin qiyməti qonşu ölkələrə nisbətdə 50-60 faiz bahadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri iqtisadçı Vahid Məhərrəmov öz facebook səhifəsində yazıb. Ekspertin fikirlərini ixtisarla təqdim edirik:

“Hökumət iddia edir ki, ölkədə 100 min ton quş əti istehsal olunur və bu qədər məhsulla biz daxili təlabatı tam ödəyirik. Qeyd etməliyəm ki, Ümumdünya Səhiyyə Təşkilatı müəyyən etdiyi normaya görə il ərzində adambaşına ət norması 84 kiloqram olduğu halda, Azərbaycanda adambaşına istehlak 34-35 kiloqramdır. Əksər ölkələrdə əhali normaya uyğun və normadan artıq ət istehlak edir. Avropa ölkələrində, Rusiyada, Belorusiyada və əksər postsovet ölkələrində ət rasionunda toyuq ətinin çəkisi 25-30 kiloqram olduğu halda, Azərbaycanda 9-10 kiloqram təşkil edir. Əhalinin qida rasionunda ət və ət məhsullarının az olmasının səbəbi isə bu məhsulların istehsalının az, qiymətin isə yüksək olması ilə bağlıdır. Yuxarıda adı sadalanan ölkələrdə quş ətinin qiyməti 1-1,2 dollar arzsında dəyişir. Azərbaycanda isə toyuq ətinin qiyməti qonşu ölkələrə nisbətdə 50-60 faiz bahadır\”.

Uzun müddət Azərbaycan hökuməti heyvandarlığa, o cümlədən toyuq əti və yumurta istehsalına ciddi fikir vermədiyini iddia edən ekspert əlavə edib: \”Onu da qeyd etməliyəm ki, yumurta istehsalı ilə məşğul olan sahibkarlara qarşı cinayyət işləri açılmışdı. Hökumətin qəbul etdiyi “2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda damazlıq quşçuluq təsərrüfatların yaradılması və damazlıq materialların yetişdirilməsi nəzərdə tutulsa da, bu sahəyə məsul olanlar işlərinin öhtəsindən gəlməmişlər. İl ərzində ölkəyə 50 milyon ədəd mayalanmış yumurta idxal olunur. Demək olar ki, sənaye üslu ilə əldə olunan quş ətinin istehsalı üçün lazım olan qenetik material tam olaraq idxaldan aslı vəziyyətdədir. Yumurta istehsalında olduğu kimi toyuq əti istehsalında da istifadə olunan genetik materiallar, texnoloji avadanlıqlar, dərman pereparatları, yem komponentləri və sair vasitələr əsasən xaricdən gətirilir. Bu mənada Nazirlər Kabinetinin ölkəyə gətirilən toyuq əti üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirməsi çox təəccüblüdür. Xatırladım ki, keçən il ölkəyə 7 min ton (idxal dəyəri – 1 kiloqram 80 sent) toyuq əti idxal olunub. Bu qədər ət ümumi istehlakın 7 faizi qədərdir. Düşünmürəm ki, hökumət bu qədər məhsulun idxalının qarşısını almaqla daxili istehsalın artımına nail ola bilsin. Məmurlar hökumətin qərarını “daxili istehsalın qorunmasına və artmasına” hesablandığını bildirsələr də, tam əminliklə demək olar ki, quşçuluğun inkişafı bu sahədə ciddi islahatların aparılmasından keçir. Hökumət islahatların aparılmasına hazır olmadığı üçün inzibati üsullara əl atır. Bu da quşçuluqda mövcud olan problemlərin daha da dərinləşməsinə gətirib çıxaracaq. İndiki zamanda istehlakçıların vəsaiti hesabına bu sahəni genişləndirmək, qeyri-səmərəli biznesi stimullaşdırmaq kimə və nəyə gərəkdir. Bəlkə bu biznes kiməsə fayda gətirir?

İnterpress.az