Suriya ordusunun əsgərləri və könüllülər Ralmirə yaxınlaşır. Artıq onların tutduqları mövqelər şəhərin 3 km yaxınlığındadır. İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Hal-hazırda Palmırin şimal-qərb tərəfində yerləşən Cəbəl-ət-Tar zirvəsini almaq üçün gərgin döyüşlər gedir.
Qeyd edək ki, Suriya qoşunları cənub dağ sırası ətrafında yerləşən Cəbəl-Xəyal istinad nöqtəsini ələ keçirib orada birləşməyə nail olublar.
Rusiayda qadağan olunmuş İŞİD silahlı qrupların terorçuların artıq əvvəlki kimi müqavimət göstərmədikləri bildirirlir. Teroristlərin tədricən öz qoşunlarını Palmirdən çıxartmağa başladıqları barədə yerli KİV-lər məlumat yayıb.
Dəqiq mənbələrin məlumatına görə hökümət qüvvələri bu dəfə təkcə Palmiri azad etməklə kifayətlənməyib ondan 70 km aralı ərazidə yerləşən Əs-Suxna səhrasını azad etmək üçün hücumları davam etdirəcəyi bildirilir.
İnterpress.az