74 ildən sonra məlum oldu ki, məscidin qibləsi səhvdir.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 74 ildən sonra məscidin qibləsinin düzgün olmadığı məlum olub.
1951-ci ildə Tavşanlı rayonunda inşa edilən “Aşağı Təkkə” məscidinin camaatı qiblənin düzgün qurulmadığını iddia edərək, müftiyə müraciət ediblər.
Baxış zamanı məlum olub ki, məscidin qibləsi 30 dərəcə əyilir. Məsciddəki mehrab, minbər və təbliğ sahəsi yenidən təşkil edilib.
Bundan əlavə, xalçalar qiblə istiqamətinə uyğun yerləşdirilib.
Beləliklə, 74 illik səhv abadlıq işləri zamanı aradan qaldırılıb.
“Əvvəllər məsciddə qılınan namazlar Diyanət İşləri İdarəsinin fətvasına əsasən məqbul idi və qiblə baxımından heç bir nöqsan yox idi”, – Tavşanlı Müftisi Mövlud Hakan Həsən deyib.
Xuraman Etibarlı
İnterpress.az