83 yaşlı qadını balta ilə hədələyən şəxs onun evini yandırdıbackend

83 yaşlı qadını balta ilə hədələyən şəxs onun evini yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa 83 yaşlı qadın balta və bıçaqla hədələnib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayon Polis Şöbəsinə iyulun 13-də rayonun Aşağı Göycəli kənd sakini, 83 yaşlı C.Əliyevanın yaşadığı evə girən maskalı şəxsin onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını, sonradan otağın döşəməsini yandırıb getməsi barədə məlumat daxil olub. Yanğın söndürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Heydərov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.