İnterPress.az səfirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, 14 ünvanında fəaliyyət göstərəcək 262 saylı seçki məntəqəsində mövcud qaydaya görə səsvermə həmin gün yerli vaxtla saat 7-dən 20-dək keçiriləcək.
Səsvermədə sözügedən tarixdə Azərbaycan ərazisində olacaq Qazaxıstan Respublikası vətəndaşları əvvəlcədən müvafiq qaydada qeydiyyatdan keçmək şərtilə iştirak edəcəklər.
Qeyd edək ki, bu il iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
İnterPress.az