Qafqaz Dünya Rekordlar Federasiyasına rəhbərlik edən rekordçu Çində altı nömrə ilə çıxış etmək üçün uzun müddətdir hazırlaşdığını bildirib.
Onların ən çətini bir-birinə bağlanmış iki avtomobili yerindən tərpətmək olacaq, ümumilikdə 2200 kq çəkisi olan avtomobilləri Etibar bioenergetik qabiliyyəti ilə bir neçə metr irəli çəkməlidir.
Çinə Etibar ilə bərabər yola düşəcək Rekordlar klubunun rəhbəri Şota Keldişvili qeyd edib ki, səfər 10-19 avqust tarixləri arasında baş tutacaq.
“Etibara “maqnit adam” adını bir neçə il bundan öncə ilk rekordunu vurduqdan sonra veriblər, o, 50-dən çox dəmir qaşığı özünə yapışdıraraq daxili enerji vasitəsilə onları öz üzərində saxlayıb. O, zamanla daxili enerji qüvvəsinə üzərində saxlaya biləcək əşyaların ölçüsünü böyüdüb”, – Keldişvili bildirib.
Çinə səfər ərəfəsində Tbilisinin idman komplekslərinin birində keçirilən məşqlər zamanı, Etibar öz bədənində dəmir əşyaları necə saxlaya bildiyini nümayiş etdirib. Əsasən 30 saniyə ərzində 18 kq dəmir konstruksiyanın üzərində oturan adam – ümumi çəkisi 85 kq olan yükü əllərinin yardımı olmadan üzərində saxlayıb.
İnterpress.az