Birinci kursların ali təhsil müəssisələrinə qeydiyyatında gecikmə olduğu üçün tədris oktyabrın 1-dən başlayacaq.
İnterpress.az Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, ali təhsil müəssisələrinə gələn birinci kurs tələbələri tədris prosesi ilə tanış olacaqlar:
“Tələbələr ilkin olaraq tədris prosesi ilə əyani şəkildə tanış olduqdan sonra distant tədrisə davam edəcəklər”.
İnterpress.az