Emənistan silahlı qüvvələri Tərtər rayonunun Ələsgərli kəndini “Smerç” raketi ilə atəşə tutub.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə məlumat verib.
“Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb”, – o qeyd edib.
İnterpress.az