İnterpress.az xəbər verir ki, 4 min il yaşı olduğu təxmin edilən sərdabə Qahirənin cənub-qərbindəki Əbu-Sir nekropolunda aşkarlanıb. Şahzadənin firon Neferefranın xanımı və ya firon Menkuranın anası olduğu ehtimal edilir.
Bu şahzadənin adı əvvəllər məlum olmayıb. Yeni tapıntı barədə məlumat verən Misirin Tarixi Miras naziri Mahmud Əl-Damati deyib ki, sərdabənin divarında şahzadənin adının yazıldığı ehtimal olunur. Alimlər bu adı Kentakvess Tretyu kimi oxuyublar.
“Bu tapıntı ilk piramidaları inşa edən beşinci sülalənin tarixinə işıq sala bilər”,- deyə Əl-Damati qeyd edib.
Misirli nazirin və çexiyalı alimlərin qiymətləndirməsinə görə, Kentakvess beşinci sülalənin eradan əvvəl 2994-2345-ci illəri əhatə edən dövrünə aiddir. Sərdabədən 30-a yaxın misdən düzəldilmiş əşyalar da tapılıb.
İnterpress.az