Sabirabadda yol qəzası: 3 yaralıbackend

Sabirabadda yol qəzası: 3 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Polad Tuğay kəndində qeydə alınıb. Belə ki, həmin ərazidə iki avtomobil toqquşub.

Qəza nəticəsində Polad Tuğay kənd sakinləri, 1991-ci il təvəllüdlü Eyvazov Təbriz Rövşən oğlu, 1966-cı il təvəllüdlü Həziyeva Ofilə Bəxtiyar qızı və 1965-ci il təvəllüdlü Mustafayeva Pikəz Əlisa qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmin şəxslərə hadisə yerindəcə ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.