Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin Türkiyədə görüşə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Onun sözlərinə görə, əsas məsələ Putinin görüşə razı olmasıdır: “İki heyət arasında intensiv danışıqlar davam edir. Görüş Putinin “hə” deməsindən asılıdır”.