Armen Qriqoryan: “Azərbaycanla anklavlar müzakirə mövzusu deyil”backend

Armen Qriqoryan: “Azərbaycanla anklavlar müzakirə mövzusu deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı ilə danışıqlarda anklavlar məsələsi qaldırılmayıb”.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra keçirilən brifinqdə Azərbaycanla sülh müqaviləsinin şərtlərindən danışarkən deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müxalifət tez-tez əsassız, reallıqla heç bir əlaqəsi olmayan bəyanatlar verir.

“İndiyədək anklavlarla bağlı məsələ qaldırılmayıb. Deyə bilərik ki, hər iki tərəfdə anklavlar var və onların əraziləri təxminən eynidir. Hər iki tərəf bu məsələdə susur, hələ ki müzakirə olunmayıb. Mümkün həll yolu odur ki, Ermənistan anklavı Azərbaycanda, Azərbaycanınkı isə Ermənistanda qalır”, – Qriqoryan bildirib.

O qeyd edib ki, bu anklavların tarixən necə formalaşması ilə bağlı çoxlu suallar var. Onlar araşdırılır, lakin uzunmüddətli həll variantı səsləndirilib.