Çempionlar Liqası: “Fənərbağça” Ukrayna klubu ilə qarşılaşacaqbackend

Çempionlar Liqası: “Fənərbağça” Ukrayna klubu ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Növbəti oyun günün daha 6 cavab qarşılaşması keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olacaq. “Köhlən atlar” Bakıdakı ilk görüşdə qələbə qazanıb – 3:2.

“Qarabağ”ın III təsnifat mərhələsindəki potensial rəqiblərindən “Ferentsvaroş” Macarıstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivi ilə üz-üzə gələcək. İlk oyunda Bratislava təmsilçisi qalib gəlib – 2:1.

“Fənərbağça” Türkiyədə Ukraynanın “Dinamo” (Kiyev) klubunu sınağa çəkəcək. Komandanlar arasındakı ilk qarşılaşmada hesab açılmayıb.