“Lev Yaşin” mükafatının sahibi o seçildibackend

“Lev Yaşin” mükafatının sahibi o seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin ən yaxşı qapıçısı mükafatının sahibi bəlli olub.

“France Football”un təsis etdiyi “Lev Yaşin” mükafatına İspaniyanın “Real” futbol klubunun belçikalı qapıçısı Tibo Kurtua layiq görülüb.

Qeyd edək ki, 30 yaşlı futbolçu keçən mövsüm ilk dəfə Çempionlar Liqasının qalibi olub. O, həmçinin üçüncü dəfə İspaniya çempionatını və ikinci dəfə İspaniya Superkubokunu qazanıb. Belçikalı Çempionlar Liqasının finalında “Real Madrid”in İngiltərə Liverpulunu məğlub etdiyi (1:0) ən yaxşı oyunçu kimi tanınıb və turnirin simvolik komandasına daxil olub.