ABŞ-ın kosmetika və ətir istehsalçısı “Estee Lauder” noyabrın 15-də dörd aylıq danışıqlardan sonra “Tom Ford” moda evini almaq üçün razılığa gəldiyini açıqlayıb.
Bu barədə məlumat istehsalçının saytında dərc olunub.
2,8 milyard dollara başa gələn razılaşma ABŞ-ın kosmetika istehsalçısının tarixində ən böyük sövdələşmədir.
Qeyd edək ki, iki şirkət arasında danışıqlar barədə məlumat hələ bu ilin avqustunda yayılıb.
“Estee Lauder” əsas adı altında məhsul istehsal etməklə yanaşı “MAC Cosmetics”, “Clinique” daxil olmaqla, dünya üzrə 30-a yaxın brendə sahibdir. Şirkət həmçinin DKNY və “Tom Ford” moda evləri üçün ətirlər istehsal edir.