Soyuqbulaqda 11 nəfər soydaşımız öldürülübbackend

Soyuqbulaqda 11 nəfər soydaşımız öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 19-dan 20-ə keçən gecə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində SEPAH-ın keçirdiyi əməliyyat nəticəsində 11 nəfər öldürülüb.

İnterpress.az xəbər verir ki, Şəhərin İran parlamentindəki nümayəndəsi Calal Mahmudzadə bununla bağlı İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaniyə məktub yazdığını deyib.

O, Soyuqbulaq əhalisiniə təsəlli üçün hökumət nümayəndələrindən ibarət bir heyətin bölgəyə göndərilməsini istədiyini bildirib.

Millət vəkili öldürülən şəxslərin etiraz aksiyalarında iştirak etmədiklərini deyib.

Qeyd edək ki, Tİran hökuməti Soyuqbulaqda keçirilən əməliyyatı “terroristlərə qarşı əməliyyat” adlandırıb və separatçıların sığınacaqlarını dağıtmaq məqsədilə həyata keçirildiyini iddia edib.

Öldürülən şəxslərin çoxunun Soyuqbulaqda yaşayan etnik mühacir kürdlər olduğu bildirilir.

Timur

İnterpress.az