Misirin “Əl-Əhli” komandası klublararası dünya çempionatının ilk tur matçında Yeni Zelandiyanın “Ouklend Siti” klubunu məğlub edib.
“Report” xəbər verir ki, Tanjerdə (Mərakeş) keçirilən görüş Afrika yığmasının 3:0 (1:0) hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Hüseyn Əl-Şakat (45+2), Mərvan Şerif (56) və Persi Tau (86) vurub.
İkinci hissəyə əlavə edilmiş 7-ci dəqiqədə Adam Mitçelə (“Oakland Siti”) qırmızı vərəqə verilib.
İkinci turda “Əl-Əhli” Amerikanın “Sietl Saunders” komandası ilə, Mərakeş “Vidad”ı Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”la qarşılaşacaq. Oyunlar fevralın 4-də keçiriləcək.
Madrid “Real”ı və Braziliyanın “Flamenqo” komandaları mübarizəyə yarımfinal mərhələsindən qoşulacaqlar. Turnir Mərakeşdə keçirilir. Final fevralın 11-də baş tutacaq.