Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar varbackend

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alan var.

Bu barədə İnterpress.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011”markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin – Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.