Pakistanın Heybər Pahtunhva əyalətində bomba yüklü avtomobilin polis məntəqəsinə hücumu və ərazi baş verən atışma nəticəsində 25 hərbçi ölüb, 27 silahlı zərərsizləşdirilib.
İnterpress.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Məlumata görə, hadisə əyalətin Dera İsmayıl Xana bağlı Darazin və Kulaçi qəsəbələrində baş verib. Partlayış nəticəsində 23 hərbçi ölüb, 6 silahlı zərərsizləşib. Darazindəki atışmada 17 silahlı zərərsizləşdirilib. Kulaçidəki döyüşlərdə 2 hərbçi həyatını itirib, 4 silahlı məhv edilib.
Pakistan ordusu qruplaşma ilə bağlı məlumat yaymayıb.
Məlumata görə, 2023-cü ildə Heybər Pahtunhva və Bəlucistan əyalətlərində terror hücumlarının sayı artıb.