Böyük Britaniya hökuməti Ukrayna Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirmək üçün Ukraynaya hərbi texnikanın yeni partiyasını təhvil verəcək.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.
“Birləşmiş Krallıq Ukraynaya 23 amfibiya kateri və 20 “Viking” amfibiya zirehli avtomobili təhvil verəcək”, – o vurğulayıb.
Xatırladaq ki, bu katerlər bir neçə il əvvəl Britaniya Silahlı Qüvvələrində istifadə edilməyə başlanılıb. Amfibiya katerləri dəniz piyadalarının daha böyük gəmilərlə birlikdə sürətli diversiya əməliyyatları və ya desant qoşunlarının quruya çıxarılması üçün nəzərdə tutulub.