İspan aktrisa Penelope Kruz sosial media hesabında Qəzza üçün “dərhal atəşkəs” çağırışı edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Kruz da daxil olmaqla bir qrup Hollivud ulduzu 2014-cü ildə Qəzzaya hücumlarına görə İsraili “soyqırım” törətməkdə ittiham edən manifest dərc etmiş və böyük səs-küyə səbəb olub.
Manifestdə deyilirdi ki, İsrail BMT qətnamələrinə ən çox tabe olmayan, insan hüquqlarına ən az hörmət edən və dövlət terrorizmi tətbiq edən işğalçı ölkədir.