Gəlirləri Qəzzaya bağışlanacaq verilişi Selena Qomez və Taylor Svift izləyibbackend

Gəlirləri Qəzzaya bağışlanacaq verilişi Selena Qomez və Taylor Svift izləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəlirinin Qəzzaya humanitar yardım üçün bağışlanacağı Bruklində təşkil edilən şounun tamaşaçıları amerikalı müğənnilər Selena Qomez və Taylor Svift olub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Selena Qomez və Taylor Svift komediyaçı Ramy Youssef-in verilişinə baxmağa gediblər.

Aktyorlar Kara Delevin, Anna Taylor Coy və Zoe Kravits də komediya şousunu izləyiblər və əldə olunan gəlir Qəzzaya humanitar yardım üçün sərf olunacaq.

Misir əsilli amerikalı komediyaçı Youssef Instagram sosial media platformasında 3 noyabr 2023-cü il və 2 fevral 2024-cü il tarixləri arasında verdiyi şoulardan əldə edilən gəlirin humanitar yardım göstərmək üçün “Amerika Yaxın Şərq Qaçqınlarına Yardım (ANERA)” qeyri-hökumət təşkilatına bağışlanacağını açıqlayıb.

“Kaş ki dünyanı dəyişə biləydim, amma bir yazı onu dəyişdirməyəcək”

Selena Qomez də İnstaqram səhifəsində İsrailin Qəzzaya hücumları ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib:

“Biz bütün insanları, xüsusən də uşaqları qorumalı və zorakılığı tamamilə dayandırmalıyıq. Təəssüf edirəm ki, mənim sözlərim və ya hashtag heç kimə kifayət etməyəcək. Günahsız insanların xəsarət almasına dözə bilmirəm. Məni xəstə edən də budur. Mən Kaş ki dünyanı dəyişə biləydim, amma bir yazı olmayacaq.”

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra UNICEF-in yardım kampaniyasına dəstək verən bir paylaşım edən Qomez Qəzza ilə bağlı “Bir yazı (dünya) dəyişməyəcək” deməsi sosial mediada reaksiyalara səbəb olub.

Reaksiyalardan sonra Qomezin qurduğu “Nadir Gözəllik” kosmetika markasının İnstaqram hesabında Qəzzaya ianə ediləcəyi açıqlanıb.