Gürcüstanda Bolnisi Bələdiyyəsinin Kolayır (Tsurtavi) kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
“BMW” markalı avtomobil yolu keçmək istəyən kənd sakini 15 yaşlı Sahil Məmmədovu vurub.
Yeniyetmə dərhal xəstəxanaya aparılsa da, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və məhkəmə-tibb ekspertləri cəlb olunub, faktla bağlı araşdırma başlayıb.