Britaniyalı akademik: 3800 illik məzardakı tapıntılar türklərin mədəniyyətini təşkil edirbackend

Britaniyalı akademik: 3800 illik məzardakı tapıntılar türklərin mədəniyyətini təşkil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda 3800 illik türk altıbucaqlı kurqan aşkar edilib və bu kurqanla bağlı təfərrüatlar ilk dəfə olaraq TRT News tərəfindən açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Kembric Universitetindən Dr Rebekka Roberts Kırkungir kurqanını və qayaüstü rəsmlərini dəyərləndirib. Türbədəki tapıntılar türklərin mədəniyyətini təşkil edir. Qazaxıstanda türk tarixini dəyişə biləcək yeni kəşf edilib.

Qazaxıstan arxeoloqları Şərqi Qazaxıstanda 3800 il əvvəl tikilmiş altıbucaqlı kurqan tapıblar. Kurqanın giriş sütunlarında dəvə və atların təsviri olan 20 qayaüstü rəsm müəyyən edilmişdir.

Kembric Universitetindən Dr Rebecca Roberts Kırkungir kurqan və qayaüstü rəsmlərlə bağlı xüsusi qiymətləndirmələr edib.

Dr. Rebekka Roberts vurğulamışdır ki, Qazaxıstanın Abay rayonunda aşkar edilmiş altıbucaqlı qəbir tunc dövründə Qazaxıstan ərazisində daş məzar memarlığının ümumi sübutlarına böyük töhfədir. Piramidal quruluşun giriş sütunlarında müəyyən edilmiş 20 şəkilli kompozisiya arasında iki dəvə, iki insan, daxili yırtıcı, dörd simvolik işarə və 23 at təsviri vardır.

Kırkungir kurqanında at rəsmləri ilə yanaşı at sümükləri də tapılmışdır.