Hindistan parlamentinə hücum edilibbackend

Hindistan parlamentinə hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda əllərində sarı tüstü saçan bankalar olub parlamentin aşağı palatası olan Xalq Məclisinə (Lok Sabha) təhlükəsizlik divarını aşıb içəri daxil olan 2 nəfər və çöldə gözləyən 2 nəfər polis tərəfindən saxlanılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Hindistan mətbuatında çıxan xəbərlərə görə, parlament binasına hücumun 22-ci ildönümündə ciddi təhlükəsizlik pozuntusu baş verib.

Xalq Məclisinin iclası zamanı iki nəfər qonaqlar zalından Baş Assambleyanın zalına atılıb.

Şübhəlilər əllərindəki bankaları açıb ətrafa “sarı tüstü” səpiblər.

Polis sözügedən şübhəliləri və onları çöldə gözləyən 2 nəfəri saxlayıb.

Şübhəlilərdən biri “işsizliyə etiraz etdiklərini” deyib.

Saxlanılanlardan biri jurnalistlərə açıqlamasında tələbə olduğunu və ölkədə işsizliyin artmasına etiraz etmək istədiyini bildirib.

Şübhəli şəxs “Xalqın səsi hakimiyyət tərəfindən eşidilmir. Bu ölkədə diktatura ola bilməz” deyib.

Sözügedən aksiya 2001-ci ildə parlament binasına silahlı basqınçılar tərəfindən həyata keçirilən və 6-sı polis olmaqla 9 nəfərin ölümünə səbəb olan hücumun ildönümündə baş tutub.