İranda din xadimini öldürməkdə təqsirləndirilən şəxs edam edilibbackend

İranda din xadimini öldürməkdə təqsirləndirilən şəxs edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Mazandaran əyalətində din xadimi Ayətullah Abbas Əli Süleymanini qətlə yetirən şəxs edam edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İranın rəsmi xəbər agentliyi İRNA Mazenderan Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr İdarəsinin mövzu ilə bağlı açıqlamasını yayıb.

Açıqlamada, Süleymanini öldürən şəxsin səhər saatlarında Babul həbsxanasında edam edildiyi qeyd edilib.

Aprelin 26-da Mazandaran əyalətinin Babulsar şəhərində getdiyi bankın mühafizəçisi tərəfindən açılan atəş nəticəsində Süleymani ağır yaralanıb və dünyasını dəyişib.

İnqilab Məhkəməsində mühakimə olunan adı açıqlanmayan hücumçuya mayın 12-də ölüm hökmü çıxarılıb və qərar Ali Məhkəmə tərəfindən təsdiqlənib.