Argentina pesosu dollar qarşısında yüzdə 50-dən çox devalvasiyaya uğrayacaqbackend

Argentina pesosu dollar qarşısında yüzdə 50-dən çox devalvasiyaya uğrayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinada hökumət maliyyə böhranı ilə mübarizə çərçivəsində Argentina pesosunu dollar qarşısında 50 faizdən çox dəyərdən salacağını və dövlət xərclərinin azalacağını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Argentina mətbuatında çıxan xəbərlərə görə, hökumət pesonun dollara nisbətdə 54 faiz devalvasiyasına səbəb olacaq, enerji və nəqliyyata subsidiyaları azaldacaq.

Dünən təxminən 365,50 Argentina pesosu olaraq qeydə alınan dolların məzənnəsinin 800 pesonu keçəcəyi gözlənilir.

Argentinanın yeni prezidenti Xavier Mileinin İqtisadiyyat naziri Luis Kaputo sosial mediada verdiyi açıqlamada ciddi maliyyə böhranı ilə mübarizə apardıqlarını və bunun aradan qaldırılması üçün bəzi tədbirlər gördüklərini bildirib.

Kaputo enerji və nəqliyyat subsidiyalarının azaldılacağını vurğulayıb. Enerji və nəqliyyat üçün subsidiyaları azaldacağıq. Bu gün dövlət subsidiyalar vasitəsilə enerji və nəqliyyat qiymətlərini çox aşağı saxlayır.

İqtisadiyyat naziri Kaputo ölkədə yoxsulluğun 40 faiz səviyyəsində olduğunu xatırladıb və hökumətin ən həssas sektorlar üçün yeni sosial yardım proqramları elan edəcəyini qeyd edib.