Polşada öz bacısını qətlə yetirən Marneuli sakini beynəlxalq axtarışa verilibbackend

Polşada öz bacısını qətlə yetirən Marneuli sakini beynəlxalq axtarışa verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Lodz Prokurorluğu bacısını öldürməkdə ittiham olunan 35 yaşlı Gürcüstan vətəndaşını “İnterpol” xətti ilə axtarışa verib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Məlumatda deyilir ki, İnterpola qırmızı bületenlə 35 yaşlı şəxs barəsində axtarış elan edilib. Prokurorluq bildirib ki, onlar artıq şübhəlinin Gürcüstanda olduğunu bilirlər.

Məlumat üçün bildirək ki, 21 noyabr tarixində Polşanın Wieruszov şəhərində 35 yaşlı Marneuli sakini bacısını qısqanclıq zəmnində qətlə yetirib.