“Azərbaycan hər zaman normallaşma istiqamətində addımların atılması üçün niyyətini ortaya qoyub. Biz Ermənistana dəfələrlə ikitərəfli əsasda danışıqların aparılmasını təklif etmişik”.
İnterpress.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir: “Türkiyə həm də Ermənistanın qonşusudur. Zatən Azərbaycan masada varsa, Türkiyə də orada var. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də faydalıdır”.