İsrail oktyabrın 7-dən Qəzzada və İordan çayının qərb sahilində 3714 tələbəni öldürübbackend

İsrail oktyabrın 7-dən Qəzzada və İordan çayının qərb sahilində 3714 tələbəni öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun 7 oktyabrdan bəri şiddətli hücumlar həyata keçirdiyi Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində 3714 tələbəni öldürdüyü açıqlanıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fələstinin rəsmi agentliyi WAFA-nın Fələstin Milli Təhsil Nazirliyinə əsaslanaraq verdiyi xəbərdə İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağında 3 min 679 şagirdi öldürdüyü, 5 min 429 şagirdi isə yaraladığı bildirilib.

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində 35 tələbəni öldürdüyü, 271 nəfəri yaraladığı, 82 nəfəri saxladığı bildirilib.

İsrailin hücumlara başladığı 7 oktyabrdan bu yana Qəzza və İordan çayının qərb sahilində 3714 tələbəni öldürdüyü, 5700 tələbəni yaraladığı bildirilib.

İsrailin hücumlarında Qəzzada 209 müəllim və idarəçinin öldürüldüyü, 619 nəfərin yaralandığı, İordan çayının qərb sahilində 2 müəllimin yaralandığı, 65-dən çox müəllimin nəzarətə alındığı qeyd edilib.

İsrailin hücumları nəticəsində Qəzzada 278 dövlət məktəbi və 65 BMT məktəbinin dağıdıldığı, onlardan 83-nə ciddi ziyan dəydiyi, 7-nin isə dağıdıldığı bildirilib.

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi basqın zamanı 38 məktəbin dağıdıldığı bildirilib.

İsrailin hücumları nəticəsində dövlət təhsil müəssisələrinin 90 faizinə birbaşa ziyan dəydiyi, 29 faizinin isə dağıntı və ya ciddi ziyana görə yararsız hala düşdüyü bildirilib.

Qeyd olunub ki, Qəzza zolağında 133 dövlət məktəbi məcburi köçkün fələstinlilər üçün yerləşdirmə mərkəzi kimi istifadə edilib.