Almaniyada “Knockout 51” neonasist təşkilatının üzvlərinə qarşı reydlər keçirilibbackend

Almaniyada “Knockout 51” neonasist təşkilatının üzvlərinə qarşı reydlər keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada “Knockout 51” neonasist təşkilatının üzvlərinə qarşı təşkil edilən basqınlarda 3 nəfərin saxlanıldığı bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Karlsrue şəhərinin Federal Baş Prokurorluğundan verilən açıqlamaya görə, həyata keçirilən reydlərdə 3 nəfər saxlanılıb. Erfurt və Eisenach’ta haqqında axtarış qərarı çıxarılan şəxslər haqqında, 2 adamın təşkilat üzvü olduğu təsbit edildi, 1 adam isə təşkilata dəstək verdiyi şübhəsiylə nəzarətə alınıb.

Hazırda Jena Ali Regional Məhkəməsində “Knockout 51” neonasist təşkilatının üzvlərinə qarşı davam edən dövlət təhlükəsizliyi işi üzrə 4 şübhəlinin mühakiməsi aparılır.

Noyabrın sonunda Türingiya və Hessendə qrup üzvlərinə qarşı həyata keçirilən əməliyyat çərçivəsində şübhəlilərin mülklərində axtarışlar aparılıb.