Avstraliya Ukrayna əsgərləri üçün təlimləri genişləndirmək qərarına gəlibbackend

Avstraliya Ukrayna əsgərləri üçün təlimləri genişləndirmək qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya “Kudu əməliyyatı” çərçivəsində İngiltərədə Ukrayna əsgərlərinə verdiyi təlimlərin əhatəsini genişləndirəcəyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles verdiyi açıqlamada 186 milyon dolları İngiltərənin rəhbərliyi altında ukraynalı əsgərlərin yetişdirildiyi “Kudu” əməliyyatına xərclənəcək.O, dollara əlavə dəstək verəcəklərini bildirib.

Marles, Avstraliya Müdafiə Qüvvələrinin şəxsi heyətinin Ukrayna əsgərlərinə “kritik bacarıqlar” verdiyini söyləyib.

Avstraliyanın Ukraynaya dəstəyini artırmaqdan “qürur duyduqlarını” ifadə edən Marles, əməliyyatın genişləndirilməsi çərçivəsində Ukrayna əsgərlərinə təlim keçmək üçün İngiltərəyə əlavə personal göndəriləcəyini açıqlayıb.

Ukraynanın Avstraliya və Yeni Zelandiyadakı səfiri Vasil Myroşnıçenko mətbuata açıqlamasında Avstraliyanın qərarının “ölkənin müdafiə qabiliyyətinin dəstəklənməsinə mənalı töhfə” olduğunu və bunun iki ölkə arasında güclü humanitar bağ quracağını bildirib.

Ukrayna Təhsil və Elm nazirinin keçmiş müavini İnna Sovsun qərarı alqışladıqlarını, lakin Avstraliyanın təhlükəsizlik səbəbi ilə bağladığı Kiyevdəki səfirliyini yenidən açmasını istədiklərini bildirib.