ABŞ Avstraliyadan husilərə qarşı Qırmızı dənizə hərbi gəmi göndərməyi xahiş edirbackend

ABŞ Avstraliyadan husilərə qarşı Qırmızı dənizə hərbi gəmi göndərməyi xahiş edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Avstraliyadan Yəməndə İranın dəstəklədiyi husilərə qarşı Qırmızı dənizə döyüş gəmisi göndərməsini istəyib və onlar İsrailin Qəzzaya hücumları bitənə qədər Qırmızı dənizdən keçən gəmilərin qarşısını alacaqlarını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABŞ Hərbi Dəniz Qüvvələrinin tələbi Avstraliyanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiqlənmiş Qəzzada humanitar fasilə verilməsini tələb edən qətnaməyə “hə” səsindən bir gün sonra gəlib.

Avstraliyanın Baş Naziri vəzifəsini icra edən Riçard Marles hökumətin tələbi nəzərdən keçirdiyini, lakin ölkəsinin diqqətinin “yaxın bölgəsində” dəniz qüvvələri fəaliyyətinə yönəldiyini söyləyib.

Bundan əlavə, 9News-un məlumatına görə, Avstraliya Xəzinədarı Cim Çalmers bəyan edib ki, Kral Donanması dəniz təhlükəsizliyini qorumaq üçün beynəlxalq səylər çərçivəsində Yaxın Şərqdə uzun müddət mövcudluğunu qoruyub saxlayır.

“Biz artıq dünyanın bu hissəsində beynəlxalq koalisiyaya öz töhfəmizi veririk”, – Chalmers deyib.

Pentaqonun sözçüsü Pat Ryder dünən keçirdiyi mətbuat konfransında beynəlxalq ictimaiyyətin Qırmızı dənizdəki gəmiləri qoruyacaq xüsusi qrupa dəstək verməli olduğunu bildirib.

Qırmızı dənizdə Yəmən sahillərində Norveç bayraqlı neft gəmisinin hədəfə alınmasını qiymətləndirən Ryder sözügedən hərəkəti “sabitliyi pozan” kimi qiymətləndirib. O bildirib ki, bu, beynəlxalq bir problemdir və beynəlxalq həll tələb edir.