Boliviyada daşqın və torpaq sürüşməsi nəticəsində 3 nəfər ölübbackend

Boliviyada daşqın və torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Boliviyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri səbəbiylə indiyədək 3 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, ölkədə təsirli olan leysan Petosi şəhərində həftə sonundan bu yana can və mal itkisinə səbəb olub.

İndiyədək daşqın və sürüşmə nəticəsində 3 nəfər ölüb, 5 nəfər itkin düşüb.

Çayların daşdığı, kənd təsərrüfatı sahələrinin su altında qaldığı ölkədə yüzlərlə evi su basıb.

Boliviya prezidenti Luis Arse təbii fəlakətdə həlak olanların yaxınlarına başsağlığı verib.

Daşqının böyük ziyan vurduğu ərazilərə 8 ton yardım materialının çatdırıldığı, axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.