Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib.
İnterpress.az-ın xəbərinə görə, o, dekabrın 15-də YAP İdarə Heyətinin genişləndirilmiş iclasında 2023-cü ilin Azərbaycan xalqının taleyinə uğurlu il kimi düşdüyünü söyləyib.
“Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”, – T.Budaqov deyib.