“Reklam qurğularına Texniki Tələblər”ə edilən dəyişikliklər ilk olaraq Bakıda tətbiq olunacaq.
“Report” xəbər verir ki, bu barədə Dövlət Rekam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov məlumat verib.
Sədrin sözlərinə görə, layihə fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək məqsədilə hazırlanıb: “Bu, beynəlxalq təcrübədən yararlanaraq ərsəyə gəlib.
A.İbadov qeyd edib ki, Bakı şəhəri ərazisində tarixi, mədəni, memari dəyərə malik binaların çoxluğu, müasir estetik görüntü və təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinin vacibliyi əsas tutularaq, layihənin ilkin olaraq paytaxtda tətbiqi qərara alınıb: “Sahibkarlar nəzərə alınaraq onların fəaliyyətinə çətinlik yaratmamaq məqsədilə qərarın icrası mərhələli şəkildə həyata keçiriləcək”.