Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,3 % artaraq 1 milyard 819,5 milyon manat olub.
Bu barədə İnterpress.az- Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 %-i hüquqi şəxslərin, 49,5 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 18,3 % artaraq 910,1 milyon manat olub.