Almaniya Kansleri Olaf Şoltsun koronavirus testi müsbət çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsində məlumat verib.
“COVID-19 üçün test müsbət çıxdı. Simptomlar yüngüldür. Xəstəliyin yüngül keçəcəyini gözləyirəm”, – o qeyd edib.
O.Şolts işinə davam edəcəyini bildirib.