Avstraliyanın Kvinslend ştatında yağan güclü yağış daşqınlara səbəb olub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Avstraliyanın Kvinslend ştatında daşqınlar baş verib və rəsmilərin dediyinə görə, bu daşqın regionda indiyədək ən pis daşqın olacaq.
Kvinslend səlahiyyətliləri, ştatın paytaxtı Brisbanın şimalında yerləşən və təxminən 170 min insanın yaşadığı bir turizm mərkəzi olan Cairns şəhərində güclü yağışların bəzi nöqtələrdə daşqınlara səbəb olduğunu bildirib.
Kvinslendin Baş naziri Stiven Miles açıqlamasında təbii fəlakəti “xatırlaya biləcəyi ən pis hadisə” kimi xarakterizə edib.
Mayls içməli su, kanalizasiya, elektrik, telekommunikasiya və nəqliyyatdan narahat olduqlarını və havadan dəstək ala bilmədiklərini bildirib.
Avstraliyada daşqınlar zamanı təyyarələr batıb, timsahlar üzərək uzaqlaşıb
Bölgədən çəkilən görüntülərdə Cairns hava limanında batmış təyyarələr, şəhərin ortasında görünən timsah və qayıqlarla evlərini tərk edən insanlar görünür.
Təbii fəlakət nəticəsində indiyədək ölən və ya ciddi xəsarət alanların olmadığı barədə məlumatı paylaşan Kvinslend polis rəisi Katarina Kerroll bəzi insanların evlərinin damında sıxışıb qaldığını qeyd edib.
Səlahiyyətlilər xilas edilən 300-dən çox insanın vertolyotla bölgədən təxliyyə ediləcəyini açıqlayıb.
Güclü yağışların təsirli olduğu bölgədə bu gündən etibarən dəmir yolu nəqliyyatı dayandırılıb, 14 min ev və iş yeri işıqsız qalıb.
Bölgədə magistral yollarda daşqınlar səbəbindən nəqliyyatda da fasilələr var.
Güclü yağışların daha 24 saat davam edəcəyi gözlənilir.