Marneulidə bir nəfər saxlanıldıbackend

Marneulidə bir nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marneulidə, Qızılhacılı kəndində bıçaqlanan gənclərdən biri əməliyyat olunub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İkinci yaralı da klinikaya yerləşdirilib.

Onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma (120-ci) maddəsi ilə araşdırmaya başlayıb.

Xatırladaq ki, ötən gecə Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində 2 nəfər bıçaqlanıb. Hadisə ilə bağlı 40 yaşlarında kişi saxlanılıb. O, günahını etiraf edib.

Yerli sakinlərin dediyinə görə, qarşıdurmaya səbəb avtomobilin rəsmiləşdirilməsi olub. Lakin digər təfərrüatlar məlum deyil.

“Biz də yeni eşitdik. İşə gələndə yeri qanla dolu gördüm. Nə baş verdiyini soruşanda dedilər ki, gecə burada iki gənc bıçaqlanıb. Səbəbini həqiqətən bilmirəm”, – deyə sakinlər söyləyib.