Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) 60 milyon ABŞ dolları kredit ayırıb.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərarı Bankın Direktorlar Şurası qəbul edib.
ASCO beynəlxalq genişlənmə strategiyasına uyğun olaraq həmin vəsaitlə 2 quru yük gəmisi alacaq. Bu layihə dövlət şirkətinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) bir hissəsi kimi regional əlaqələrini gücləndirməyə, Xəzər dənizindən kənarda – beynəlxalq sularda ticarət donanması əməliyyatlarının sayını artırmağa imkan verəcək. Kredit müqaviləsi çərçivəsində ASCO üzərinə yaxın gələcəkdə beynəlxalq “Yaşıl maliyyə bazarı”na daxil olmaq məqsədi ilə dayanıqlığa bağlı kredit çərçivəsi hazırlamaq öhdəliyi də götürəcək.