Cənubi Koreya: Şimali Koreya təxribatlarının daha böyük ağrı gətirəcəyini anlayacaqbackend

Cənubi Koreya: Şimali Koreya təxribatlarının daha böyük ağrı gətirəcəyini anlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya prezidenti Yoon Suk Yeol Şimali Koreyanın qitələrarası ballistik raket (ICBM) buraxması ilə bağlı deyib ki, Şimali onun təxribatlarının daha böyük əzablara səbəb olacağını anlayacaq. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yoon Nazirlər Kabinetinin iclasında Şimali Koreyanın ballistik raket buraxmasına toxunub.

Yoon Şimalın “təxribatlarının daha böyük ağrılar gətirəcəyini anlayacağını” bildirərək, bu məsələdə ABŞ ilə əməkdaşlıqdan danışıb.

Onun sözlərinə gör, Cənubi Koreya və ABŞ arasında nüvə əsaslı güclü ittifaq qurulur.

Cənubi Koreya Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada ölkənin Şimali Koreyanın ABŞ və Yaponiya ilə raket atma fəaliyyətləri ilə bağlı xəbərdarlıq məlumatlarını eyni vaxtda paylaşacağı sistemin işə salındığı bildirilib.

Üç ölkənin 2022-ci ilin noyabrında qurmağa razılaşdıqları eyni vaxtda məlumat mübadiləsi sistemi ilə “Şimali Koreyanın atdığı raketləri aşkar edib qiymətləndirməyi, təhlükəsizliyi təmin etməyi və bu sahədə inkişaf etdirməyi” hədəflədikləri bildirilib.

Cənubi Koreyanın Baş Qərargahı Şimali Koreyanın dekabrın 17-də Yapon dənizinə (Şərq dənizi) ballistik raket atdığını, Yaponiya Müdafiə Nazirliyi isə dünən Şimali Koreyanın dənizə doğru qitələrarası ballistik raket atdığını açıqlayıb.