2023-cü ildə dünya bir çox vulkan püskürmələrinin şahidi oldubackend

2023-cü ildə dünya bir çox vulkan püskürmələrinin şahidi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqlim dəyişikliyinin səbəb olduğu bir çox fəlakətlərdə minlərlə insanın həyatını itirdiyi 2023-cü ildə bir çox ölkədə vulkan püskürmələri baş verib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Bu il ABŞ, İndoneziya və İtaliya kimi bir çox ölkədə vulkan aktivliyi müşahidə olunub və bu vulkanların bəzilərində qısamüddətli püskürmələr yaşanıb.

ABŞ-dakı Kilauea vulkanı il ərzində 3 dəfə aktivləşib

Yanvarın 6-da ABŞ-ın Havay ştatındakı Kilauea vulkanında yenidən aktivlik müşahidə olunub.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Kilauea vulkanının zirvə kraterində püskürmə baş verib.

Havay Vulkan Rəsədxanasının kamera görüntülərində, vulkanın zirvəsindəki Halemaumau kraterində püskürmənin başlanğıcını göstərən bir parıltı aşkar edilib.

Zirvəsi Havay Vulkanları Milli Parkında yerləşən dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea sonuncu dəfə 2021-ci ilin sentyabrından başlayaraq 16 ay ərzində aktiv olub.

Kilauea vulkanı iyunun 7-də yenidən aktivləşib və vulkanın zirvə kraterində partlayış baş verib. İyunun 21-də fəaliyyətinin dayandığı Kilauea 96 gün sonra sentyabrın 11-də üçüncü dəfə aktivləşib.

USGS-nin Havay Vulkan Rəsədxanası, “partlayışdan çıxan qazların vulkanik tüstüyə səbəb olacağı” xəbərdarlığı edərək, parkın yaxınlığında yaşayanları partlayış nəticəsində havaya yayılan vulkanik hissəciklərdən qorunmağa çağırıb.

Püskürmədən sonra vulkan üçün xəbərdarlıq səviyyəsi “müşahidə”dən “xəbərdarlığa” yüksəldildi və aviasiya rəng kodu “qırmızı”ya yüksəldilib.

Səlahiyyətlilər sözügedən vulkanik fəaliyyətlərin park daxilində məhdudlaşdırıldığı barədə məlumat paylaşıblar.

Kilaueada 1983-cü ildən püskürmələr baş verir. İndoneziya

İndoneziyadakı Merapi vulkanı martın 11-də aktivləşincə bölgədə turizm və mədənçilik fəaliyyəti dayanıb.

İndoneziyanın Java adasında yerləşən ən aktiv vulkanı Merapidən püskürən isti kül buludları, qaya, lava və qaz qarışığı yamaclardan 7 kilometr aşağı enib.

Təxminən 5 həftə sonra, aprelin 19-da Şərqi Yava əyalətindəki Semeru vulkanı kül püskürməyə başladı.

Həmin gün Semeru vulkanında 16 partlayış baş verib və vulkan ətraf mühitə, xüsusən də şimal-şərqə doğru böyük miqdarda isti kül səpdi.

2021-ci ilin dekabrında vulkanda baş verən partlayışlarda 34 nəfər həlak olub.

Ölkədə də iyunun 9-da Anak Krakatau vulkanında (Krakatonun uşağı) püskürmə baş verib. Vulkandan püskürən kül qatının hündürlüyü 3 kilometrə çatıb.

İtaliya

İtaliyanın Siciliya adasında yerləşən və təxminən 3300 metr yüksəklikdə olan Etna dağı bu il bir neçə dəfə aktiv olub. İlk dəfə mayın 21-22-də aktivləşən vulkan avqustun 13-də püskürüb. Etna da 13 noyabr, 27 noyabr və 2 dekabrda kül və lava püskürdü.

Qvatemala

Digər tərəfdən, Qvatemalada mayın 5-də Fueqo vulkanının aktivləşməsi ilə əlaqədar bölgədən 1054 nəfər təxliyə edilib.

Milli Fəlakətlərin Azaldılması Koordinasiya Agentliyindən edilən şərhdə, Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan, 3 min 763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşdi. Onun isti kül buludları səpdiyi bildirilir. Cənubi Amerikadan Sakit okeana qədər vulkan püskürməsi

Mayın 23-də Meksikadakı Popokatepetl vulkanının tüstü və kül püskürməsindən sonra ölkə sarı həyəcan səviyyəsinə keçib.

İyunun 11-də Filippindəki 24 aktiv vulkandan biri olan Mayon vulkanının cənub yamacında intensiv lava axınları başlayıb. Vulkandan çıxan lava səbəbindən əhaliyə təcili sığınacaqlara təxliyə hazırlığı ilə bağlı xəbərdarlıq edilib.

Ölkənin ən aktiv vulkanı olan Mayonun ətəklərində lava axınları səbəbindən bölgədəki yüksək riskli ərazidə “məcburi təxliyələr” həyata keçirilib.

İyulun 5-də Cənubi Amerika ölkəsi Perunun cənubundakı Moquegua bölgəsində yerləşən Ubinas vulkanında püskürmə baş verib.

Geologiya, Mədən və Metallurgiya İnstitutundan verilən açıqlamada partlayışın yerli vaxtla saat 03.13-də baş verdiyi və Moquegua bölgəsində “fövqəladə vəziyyət” elan edilməli olduğu qeyd edilib.

İslandiyanın cənub-qərbində seysmik aktivlik artdığı üçün iyulun 11-də Faqradalsfyal vulkanı püskürməyə başlayıb.

İslandiya Meteorologiya İdarəsindən bildirilib ki, partlayış kiçik miqyaslı olub və vulkan hələ də atmosferə tüstü buraxmayıb. Vulkanın ətəyindəki çatlardan axan lava 200 metrlik bulaq əmələ gətirir.

Noyabrın 20-də Sakit okean ada ölkəsi Papua Yeni Qvineyada Ulavun vulkanında püskürmə baş verib.

Ulavun vulkanının püskürməsindən sonra vulkan tüstüsünün 15 min metr yüksəkliyə çatdığı təxmin edilib.

Yaponiya sahillərindəki vulkandan püskürən kül və qaya parçaları noyabrın 29-da Tokionun cənubundakı Nii-jima adasının ətrafındakı əraziyə çatıb.

Qeyd olunub ki, püskürən vulkan 10 il əvvəl okeanın təbii hərəkətləri nəticəsində əmələ gələn adada yerləşir.