Ağ Ev: Konqresdəki müzakirələrə görə, Ukrayna üçün açıqlayacağımız paket sonuncu ola bilərbackend

Ağ Ev: Konqresdəki müzakirələrə görə, Ukrayna üçün açıqlayacağımız paket sonuncu ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev bəyan edib ki, Ukrayna üçün hazırladıqları yardım paketi, Konqresdə Ukraynaya yardımın təsdiqlənməməsi səbəbindən yəqin ki, sonuncu olacaq. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi onlayn iclasda jurnalistlərə açıqlama verib.

Yeni ildən əvvəl Ukraynaya yeni yardım paketini açıqlayacaqlarını ifadə edən Kirbi deyib ki, bu ediləndə Ukraynaya kömək edəcək vəsaitimiz olmayacaq.

Kirbi həmçinin Konqresi Ukraynaya yardımı təsdiqləməyə çağırıb: “Ukraynanın hələ də bizim köməyimizə ehtiyacı var. Konqresin azadlıq və demokratiyanın yanında olmasının və öz milli təhlükəsizlik maraqlarımız üçün hərəkətə keçməsinin vaxtıdır”.

Konqresdə “Ukraynaya yardım” böhranı

ABŞ Konqresində Ukraynaya yardımla bağlı sərt müzakirələr davam edərkən, Senatdakı respublikaçılar dekabrın 6-da ABŞ prezidenti Co Baydenin İsrail və Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə tələbinin səsverməsinə mane olub.

Bayden 105 milyard dollar, o cümlədən İsrail üçün 14 milyard, Ukrayna üçün isə 61 milyard dollar büdcə tələb etmişdi.

Bununla belə, ABŞ Konqresindəki Respublikaçılar, başda Senatda olanlar, bu büdcənin istədikləri tənzimləmələri etmədən təsdiqlənməsinə, xüsusilə immiqrasiya siyasətində bəzi dəyişikliklərə qarşı çıxırlar.

Ağ Ev və bəzi Ukrayna rəsmiləri xəbərdarlıq edir ki, ABŞ-ın Ukraynaya yardımı olmadan Rusiya ilə müharibə məğlub ola bilər.